Uçuş-eniş zolağının ərazisi minalardan təmizləndi - Zəngilan hava limanı

Hazırda oxunan: Uçuş-eniş zolağının ərazisi minalardan təmizləndi - Zəngilan hava limanı

48475

Artıq Zəngilan Hava Limanının uçuş-eniş zolağında ərazi minalardan təmizlənib və tikinti işləri davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə noyabrın 30-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın ötən bir illik fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda vurğulanıb.

Bildirilib ki, nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülən işlər çərçivəsində 2021-ci ilin oktyabrın 26-da istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanının dünya praktikasında ən sürətli icra edilmiş infrastruktur layihələrindən biri olduğu qeyd edib:

“Artıq Zəngilan Hava Limanının da uçuş-eniş zolağında ərazi minalardan təmizlənib və tikinti işləri davam edir. Laçın Hava Limanının isə yeri müəyyən edilməklə plan-sxemlər hazırlanıb və hazırda tikinti işlərinə başlanması üçün baza yaradılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO