Mehriban Əliyeva helikopter qəzası ilə bağlı başsağlığı verdi

Hazırda oxunan: Mehriban Əliyeva helikopter qəzası ilə bağlı başsağlığı verdi

48447

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "İnstagram" hesabında Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, paylaşımda Prezident İlham Əliyevin qəza nəticəsində həlak olanların ailələrinə ünvanladığı başsağlığı mətni yer alıb.

MÖVZU İLƏ BAĞLI
Helikopter qəzasında həlak olan hərbçilərimizin FOTOLARI - EKSKLÜZİV


"2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi. Bu ağır itkinin acısını sizinlə yaşayır, dərdinizi bölüşür, sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO