“Whatsapp”da bu şəkli paylaşdıqdan 13 dəqiqə sonra qəzada həlak oldu - FOTO

Hazırda oxunan: “Whatsapp”da bu şəkli paylaşdıqdan 13 dəqiqə sonra qəzada həlak oldu - FOTO

48430

Bu gün Xızıda təlim zamanı qəzaya uğrayan helikopterdə həlak olan Dövlət Sərhəd Xidmətinin hərbçilərindən biri - tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun son vatsap paylaşımı üzə çıxıb.

Bizim.Media xəbər verir ki, paylaşımı mərhumun dostu Elşad Qaraca feysbuk hesabında yayıb. 

Statusun saatından (10:27) paylaşım qəzadan 13 dəqiqə əvvəl edildiyi görünür.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo¬nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. Həlak olanların nəşləri Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib. Meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO