Helikopter qəzasında həlak olanların nəşləri Bakıya gətirildi – VİDEO

Hazırda oxunan: Helikopter qəzasında həlak olanların nəşləri Bakıya gətirildi – VİDEO

48426

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib.

Bizim.Media xəbər verir ki, meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.

Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO