Helikopter qəzasında yaralananların durumu açıqlandı: “Onlar ayaq üstədirlər”

Hazırda oxunan: Helikopter qəzasında yaralananların durumu açıqlandı: “Onlar ayaq üstədirlər”

48421

“Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən hərbi helikopterin qəzaya uğraması zamanı yaralanan iki nəfər hazırda Dövlət Sərhəd Xidmətinin (DSX) Hospitalındadırlar”.

Bizim.Media xəbər verir ki, bunu DSX-nin rəisi müavini İlham Mehdiyev deyib.

O qeyd edib ki, hadisə zamanı yaralanan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlunun vəziyyəti normaldır: “Onlar ayaq üstədirlər”.

Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO