“Peşə təhsili haqqında” qanuna hansı dəyişikliklər edildi? - ƏTRAFLI 

Hazırda oxunan: “Peşə təhsili haqqında” qanuna hansı dəyişikliklər edildi? - ƏTRAFLI 

0:00
0:00
48220

Prezident İlham Əliyev “Peşə təhsili haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Bizim.Media xəbər verir ki, qanuna aşağıdakı dəyişikliklər edilib.

“Təhsili almaq hüququ verilir.” sözləri “təhsili;” sözü ilə əvəz edilir. Tələbələrə yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ verilir.

Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların - subbakalavrların topladıqları kreditlərin bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınması “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-2-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

Yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO