Azərbaycanda vəzifəli şəxsə QƏSD: Avtomobili üstünə sürdülər – ANBAAN VİDEO

Hazırda oxunan: Azərbaycanda vəzifəli şəxsə QƏSD: Avtomobili üstünə sürdülər – ANBAAN VİDEO

48193

Sürücü İsmayıllı rayon Mərkəzi Xəstəxanasının şöbə müdirini və onun qohumunu avtomobillə qəsdən vurub.

Bizim.Media xəbər verir ki, bunu DİN-in Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov açıqlayıb.

M.Məsimov bildirib ki, noyabrın 28-də saat 16:40 radələrində İsmayıllı rayon sakini, 1966-cı il təvəllüdlü Ağamirzəyev Fazil Səməd oğlu idarə etdiyi 10-LZ-067 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili ilə Heydər Əliyev prospektində hərəkətdə olarkən əvvəlcədən aralarında mübahisə olmuş İsmayıllı rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri, 1975-ci il təvəllüdlü Abbasov Elçin Şahsuvar oğlunu və onun qohumu 1981-ci il təvəllüdlü Əzizov Rövşən Aydın oğlunu yolun əks istiqamətindəki səkidə piyada hərəkətdə olduğunu görüb və qəsdən nəqliyyat vasitəsini onların üzərinə sürüb.

O daha sonra polisə təslim olub. Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Sonradan vəziyyəti ağırlaşan yaralılar müalicə üçün Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.
 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi başlanılıb, Fazil Ağamirzəyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.


Qəzanın görüntülərini təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO