Azərbaycanlı ilə evli olan erməni: “Qarabağ Azərbaycanın ərazisidir” - VİDEO

Hazırda oxunan: Azərbaycanlı ilə evli olan erməni: “Qarabağ Azərbaycanın ərazisidir” - VİDEO

48182

Dmitri Moisyan – milliyyətcə ermənidir, ancaq Bakıda doğulub və paytaxtımızda 17  il yaşayıb. Buna baxmayaraq, Azərbaycan paytaxtına sevgisi həmişəlik qəlbində qalıb.

Bizim.Media xəbər verir ki, CBC TV-nin efirində Dmitri Moisyan Sovet İttifaqı dönəmində özünün və ailəsinin Bakıda necə xoşbəxt yaşamasından bəhs edib.

“Yalnız yaxşı şeylər xatırlayıram. Pis heç nə deyə bilmərəm. Hələ də Bakıya getmək istəyirəm. Bura möhtəşəm beynəlmiləl şəhərdir. Qonşularla mehriban yaşayırdıq. Milli zəmində heç vaxt sual yaranmayıb. Heç kim milliyyətlə maraqlanmırdı, sadəcə ünsiyyət saxlayırdı”, - deyə o bildirib.


D.Moisyan hələ münaqişə başlanmasından əvvəl 1989-cu ildə Simferopol Ali Hərbi Peşə məktəbinə daxil olduğu üçün Bakıdan gedib. Qayıtmaq istədikdə isə məlum olub ki, ailəsi məlum hadisələrə görə Bakını tərk edir.

Lakin D.Moisyan Ermənistana getmək istəməyib və hazırda da İsraildə yaşayır. O, həmçinin azərbaycanlı xanımla evli olduğunu etiraf edib.

Daha ətraflı məlumatı videodan izləyə bilərsiniz:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO