Polislərin olduğu maşın qəzaya düşdü, ölən var 

Hazırda oxunan: Polislərin olduğu maşın qəzaya düşdü, ölən var 

0:00
0:00
48145

Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini Məzahir Mirzəliyev “Mersedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü Məzahir Mirzəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb, onun sərnişini, polis serjantı, Rayon Polis Şöbəsinin əməkdaşı Murad Babayev isə hadisə yerində dünyasını dəyişib.
 

Qeyd edək ki, Məzahir Mirzəliyev Göyçay rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşıdır və o, polis şöbəsində rabitəçi vəzifəsində çalışır. Hadisə polis əməkdaşlarının xidmətdə olmadıqları vaxt baş verib.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO