Bakıda müşahidə olunan dumanın səbəbi nədir? 

Hazırda oxunan: Bakıda müşahidə olunan dumanın səbəbi nədir? 

0:00
0:00
48139

“Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Nisbətən soyuq səth üzərində isti və rütubətli havanın hərəkəti nəticəsində dumanlı hava şəraiti müşahidə olunur”.

Bunu Bizim.Media-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O qeyd edib ki, rütubətin yüksək olması, yerüstü təbəqə buludların mövcudluğu, mülayim və azsürətli küləklərin üstünlüyü yerə yaxın təbəqədə dumanın inkişafına şərait yaradır.

G.Məmmədova bildirib ki, belə hava şəraiti bu gün, noyabrın 30-u gecə və səhər saatlarında fasilələrlə duman olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO