Tovuzda ağır qəza: 1 nəfər öldü, 2-si yaralandı - FOTO 

Hazırda oxunan: Tovuzda ağır qəza: 1 nəfər öldü, 2-si yaralandı - FOTO 

48092

Tovuzda 1 nəfərin ölümü 2 nəfərin xəsarəti ilə  nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın Qərb bölgəsi üzrə müxbirinin məlumatına görə, hadisə rayonun girişində Olimpia kompleksinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ 2106" markalı avtomobillər toqquşub. 

Qəza zamanı 31 yaşlıTovuz sakini  Fərxri Əfəndiyev dünyasını dəyişib. Hadisə zamanı Hümbət Həsənov və onun həyat yoldaşı Nübar Həsənova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə baş verən yerdə dəfələrlə ağır yol qəzaları baş verib.

Cümşüd Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO