Dekabrın 5-də “Uğurlu qadın”ın sirri açılacaq – Nərgizdən daha bir TRENİNQ 

Hazırda oxunan: Dekabrın 5-də “Uğurlu qadın”ın sirri açılacaq – Nərgizdən daha bir TRENİNQ 

47842

"Uşaqların xoşbəxt gələcəyi” qeyri-hökumət təşkilatının rəhbəri, xeyriyyəçi Nərgiz Babayeva-Kərimova və psixoloq Xanım Həsənovanın “Uğurlu qadın” adlı treninqi baş tutacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Nərgiz xanım özü Facebook sosial şəbəkə hesabında məlumat verib.

O, qeyd edib ki, tədbir dekabrın 5-i, saat 10:30-da “BeeArif by Mydom” restoranı, Xəqani 21 ünvanında keçiriləcək. 

Treninqdə cəmiyyətdə necə güclü bir qadın kimi yetişməyin yollarından söhbət açılacaq. 

“Uğurlu qadın” kimdir? Nə istədiyini bilən və onu reallaşdıran, özünə güvənən və dəyər verən, daxili harmoniyanı qoruyan, eləmi? 

Bəs siz, bu keyfiyyətləri özündə cəmləşdirmənin yollarını bilmək istəyirsinizmi?”,- deyə, o, qeyd edib.

Tədbirdə iştirakçılara əvvəl səhər yeməyi təqdim olunacaq, daha sonra isə spikerlər mövzu ətrafında çıxışlar edəcək. Bunun fonunda isə tədbiri canlı musiqi müşahidə edəcək.  

Tədbirdə iştirak etmək istəyənlər biletləri 050-808-41-21 telefon nömrəsi və ya @lifecoach_hasanova, @mydom_u_nargiz İnstagram səhifəsi ilə əlaqə yaradaraq əldə edə bilərlər. Biletlər məhdud saydadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO