DİM ali məktəblərə qəbul proqramında dəyişiklik etdi

Hazırda oxunan: DİM ali məktəblərə qəbul proqramında dəyişiklik etdi

47793

Yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, Prezidentin müvafiq fərmanına əsasən, respublikanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib.

Yeni bölgüyə əsasən, Azərbaycanda 14 iqtisadi rayon yaradılıb: Bakı, Naxçıvan, Abşeron–Xızı, Dağlıq Şirvan, Şirvan–Salyan, Qarabağ, Qazax–Tovuz, Quba–Xaçmaz, Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, Şəki–Zaqatala, Şərqi Zəngəzur, Gəncə–Daşkəsən.

Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərdə hələlik öz əksini tapmayıb. Lakin müasir dövrdə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqların işğaldan azad olunması xalqın gözü qarşısında baş verdi.

30 ildən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

Bunlar nəzərə alınaraq yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib. Proqram “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO