Göyçayda “KamAZ”ın ehtiyyat hissələrini oğurlayan şəxs saxlanıldı - VİDEO

Hazırda oxunan: Göyçayda “KamAZ”ın ehtiyyat hissələrini oğurlayan şəxs saxlanıldı - VİDEO

47771

Göyçay Rayon Polis Şöbəsinə “KamAZ” markalı yük avtomobilindən ümumi dəyəri  800 manat olan ehtiyyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar keçirilən əməliyyat zamanı oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Sərxan Abdurəhimov saxlanılıb. 

O, ifadəsində oğurladığı ehtiyyat hissələrini rayon ərazisində əlvan metal qəbulu məntəqəsinə satdığını və əldə etdiyi pulu xərclədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO