İki dəfə kliniki ölüm keçirən 10 yaşlı qızdan XƏBƏR VAR

Hazırda oxunan: İki dəfə kliniki ölüm keçirən 10 yaşlı qızdan XƏBƏR VAR

47761

Pomidor turşusundan zəhərlənərək vəziyyəti ağırlaşan və iki dəfə kliniki ölüm keçirən 10 yaşlı Aytac Mirzəyeva nəhayət ki, həyata qayıdıb. 

İki həftəlik mübarizədən sonra həkimlərin səyi nəticəsində Aytac süni tənəffüs aparatından ayrılıb və danışmağa başlayıb. 

Bu barədə Bizim.Media-ya Kliniki Tibbi Mərkəzdən bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ata və qızı pomidor turşusundan zəhərləndi, biri öldü


Qeyd edək ki, noyabrın 12-də Aytac və atası Ricay Mirzəyev pomidor turşusundan ağır zəhərlənmə ilə Füzuli rayonundan Bakı şəhərinə gətirilmişdi. Kliniki Tibbi Mərkəzə çatdırılan hər iki xəstəyə dərhal tibbi müdaxilə olunmasına baxmayaraq, həmin günü gecə saatlarında Ricay Mirzəyev dünyasını dəyişmişdi. Yeniyetmənin isə vəziyyəti olduqca ağır idi. 
 

Xəstəxana rəhbərliyinin tapşırığı ilə Kliniki Tibbi Mərkəzin tabeliyində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə köçürülən yeniyetmə xüsusi nəzarətə götürülüb və həyatda qalması üçün bütün imkanlar səfərbər edilib.


Bununla belə müxtəlif günlərdə iki dəfə kliniki ölüm keçirməsinə baxmayaraq, həkimlərimizin səyi ilə Aytac Mirzəyeva həyata qayıdıb. Tibb işçiləri onun həyatda qalmasını bir möcüzə hesab edir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO