Bakı sakinlərinə VACİB XƏBƏR - Birbaşa gediş təmin edildi

Hazırda oxunan: Bakı sakinlərinə VACİB XƏBƏR - Birbaşa gediş təmin edildi

47705

Noyabrın 26-dan etibarən Bakıda 2 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

İctimai nəqliyyatda güzəştlər qayıdır? – Məktəblilər, tələbələr, təqaüdçülər...


Bildirilib ki, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar metronun “Dərnəgül” stansiyasınadək hərəkət edəcək.

Bununla da 7-ci mikrorayon və metronun “Dərnəgül” stansiyası ətrafında məskunlaşan vətəndaşların metronun “Nəriman Nərimanov”, “Nizami”, “20 Yanvar” stansiyaları və “Beynəlxalq Avtovağzal Kompleksi" istiqamətində birbaşa gedişi təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO