Azərbaycanda 2 yaşından yuxarı uşaqlar PEYVƏND olunacaq? - CAVAB

Hazırda oxunan: Azərbaycanda 2 yaşından yuxarı uşaqlar PEYVƏND olunacaq? - CAVAB

47696

Artıq iki yaşından yuxarı uşaqlar üçün də koronavirusa qarşı vaksin tətbiqinə qərar verilib.

Qonşu Rusiyada bununla bağlı müzakirələr və hazırlıqlar başlayıb. Rusiya prezidenti Vladimir Putin hökumətə yaşları 2-ni keçən uşaqlar üçün COVID-19-a qarşı peyvənd üzərində işləməyi tapşırıb.

Dövlət başçısı ekspertlərin bəzi ölkələrdə, xüsusən də Çində alimlərin artıq belə preparatlar üzərində işləməyə başladığı barədə məlumatlarına istinad edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu xəstəxanalarda müalicə PULSUZ OLDU - SİYAHI


Məlumat üçün bildirək ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzi 5-11 yaşlı uşaqlara yerli “Pfizer” və Almaniyanın “BioNTech” şirkətinin istehsal etdiyi peyvəndlərin vurulmasını tövsiyə edib. Mərkəzin xüsusi komissiyasının üzvləri yekdilliklə sözügedən yaş qrupunun iki dozası ilə peyvənd edilməsinə səs veriblər. Bu yaş qrupunda olan uşaqlar üçün peyvəndin dozası böyüklər üçün nəzərdə tutulan miqdarın, təxminən üçdə birini təşkil edəcək və üç həftəlik fasilələrlə tətbiq olunacaq.

Azərbaycanda isə ötən ayın əvvəlindən etibarən 12-15 yaşlı yeniyetmələrə mRNT Pfizer ("Comirnaty") vaksininin tətbiqinə başlanılıb. Uşaqların vaksinasiyası könüllü xarakter daşıyır və tibbi göstərişlər, o cümlədən də hər iki valideynin icazəsi əsasında tətbiq edilir. Mütəxəssislərin açıqlamalarına görə bununla bağlı sınanılmış təcrübə 100 faiz öz effektini verir. 

Maraqlıdır, Azərbaycanda  2 yaşdan yuxarı uşaqlara peyvənd tətbiqinə başlanılmasına ehtiyac varmı? Bununla bağlı müzakirələr gedirmi?

Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) bununla bağlı sorğumuza cavab verməkdən yayınıblar. TƏBİB icraçı qurum olduğunu, Səhiyyə Nazirliyi isə sorğuya Nazirlər Kabineti yanında Operativ Qərargahın mövqe bildirəcəyini əsas gətirib. 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədov isə qeyd edib ki, beynəlxalq qurumların sınanmış üçüncü faza çalışmaları olmadan nəinki addım atmaq, fikir söyləməyin özü belə spekulyasiyadır:

“Peyvəndin tətbiqi üçün üçüncü faza çalışmaları var. Yəni seçilmiş qruplar üzərində təkliflər olunur və müsbət-mənfi və əlavə təsirlərin hər biri nəzərdən keçirilir. Bununla bağlı nə Ümumdünya Səhiyyə Təşkilatından, nə də beynəlxalq səhiyyə qurumlarından dolğun məlumatlar və təlimatlar var. Ona görə də 2 yaşından yuxarı uşaqlara peyvənd prosedurunun aparılmasından danışmaq hələki tezdir. Çünki uşaq orqanizminə tam əmin olduqdan sonra bu prosesi həyata keçirə bilərik”.

Deputat hesab edir ki, sözügedən məsələ risk amili daşıyır və kiçik yaş qrupu olan uşaqları yoxlanılmamış belə bir addıma təhrik edə bilmərik:

“Sadəcə beynəlxalq ədəbiyyatda çalışmaların müsbət bə mənfi tərəfləri açıqlanmalıdır.Ondan sonra Azərbaycanın səhiyyə qurumları qərar verə bilər. Yayılan məlumatlar isə reklam xarakterli fikirlərdir ki, bunlar da yaxşı nəticə verməyə bilər”. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO