Məmur övladları yaşlı kişini döydülər

Məmur övladları yaşlı kişini döydülər

Hazırda oxunan: Məmur övladları yaşlı kişini döydülər

47514
Nazirlər Kabinetində yüksək vəzifə tutan şəxsin övladları yaşlı kişini vəhşicəsinə döyüblər.

Moderator.az xəbər verir ki, hadisə iyunun 1-də Şəmkirdə baş verib. Məlumatı AzNews.az-a döyülən şəxsin oğlu Raul Kazımov verib. Onun sözlərinə görə, 01.06.2014-cü il tarixində Şəmkirdə onun azyaşlı övladlarının gözü önündə valideyinlərinə qarşı vəhşicəsinə hücum təşkil olunub: “Hücum edənlər Nəsirov Saleh Teyyub oğlu, Nəsirov İnsaf Teyyub oğlu, Nəsirova Məryam Teyyub qızı və Nəsirova Səbinədir. Bunlar Nazirlər Kabinetində işləyən Teyyub Nəsirovun övladlarıdır. Onlar barəsində artıq cinayət işi açılıb”. 
Raul Kazımov hadisənin baş vermə səbəbləri barədə heç bir məlumat verməyib. 
AzNews.az-ın araşdırması zamanı məlum olub ki, Teyyub Nəsirov Nazirlər Kabnetində beynəlxalq əlaqələr şöbəsinin müdir müavinidir. 
Şəmkir rayon Polis idarəsinin təhqiqat bölməsinin rəisi Vaqif Heydərov faktı AzNews.az-a faktı təsdiqləyib: “Hər iki tərəf Gəncə sakinləridir. İndi iş bizdədir, təhqiqat aparılır. Məsələ ilə bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən adam döymə) maddəsi ilə cinayət işi açılacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO