"Bələdiyyə üzərindən “torpaq satan” damğasını götürməliyik" - Razi Nurullayevdən TƏKLİF

Hazırda oxunan: "Bələdiyyə üzərindən “torpaq satan” damğasını götürməliyik" - Razi Nurullayevdən TƏKLİF

47448

“Bələdiyyə dotasiya ilə yaşayar? Dünyanın hansı ölkəsində onlar dotasiya ilə yaşayır? Onlarla bələdiyyə var idi ki, özlərini saxlaya bilirdilər, indi onları da əlimizə baxmağa vadar edək.

Düzgün yanaşma deyil. Əksinə, bələdiyyə institutunun gücləndirilməsi üçün çalışmalıydıq, əksini edirik.

Bələdiyyələrin effektiv işləməsi üçün onların üzərindən “torpaq satan” damğasını götürməli və üzərlərinə yerli inkişafa nail olmaq üçün ciddi məsuliyyət qoymalıyıq”.

Bizim.Media xəbər verir ki, bu sözləri bu gün Milli Məclisin keçirilən plenar iclası zamanı deputat Razi Nurullayev deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“İş adamlarına pul kisəsi kimi baxmaq olmaz” – Deputatdan SƏRT SÖZLƏR


O bildirib ki, əgər deyildiyi kimi, onlar vergini yığa bilmirdilərsə, yaxşı olar ki, mərkəzi hökumət gedib vergini yığsın, amma yığım həmin bələdiyyənin büdcəsinə verilsin.

“Qanun layihəsinə dəyişikliyin əleyhinə səs verəcəm. Bu cür layihənin lehinə səs vermək təmsil etdiyim Milli Cəbhə Partiyasının proqram və prinsiplərinə tam olaraq ziddir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO