Atalığı tərəfindən zorlanan 11 yaşlı qızla bağlı YENİ XƏBƏR

Atalığı tərəfindən zorlanan 11 yaşlı qızla bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Atalığı tərəfindən zorlanan 11 yaşlı qızla bağlı YENİ XƏBƏR

0:00
0:00
46625

İmişlidə atalığı tərəfindən zorlanan və sığınacağa yerləşdirilən 11 yaşlı qızın son durumu açıqlanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Bizim.Media-ya bildirib ki, yeniyetmənin vəziyyəti ilə bağlı məsələlər təmsil etdiyi qurumun nəzarətindədir və yeniyetmənin vəziyyəti yaxşıdır.

Onun sözlərinə görə, Dövlət Komitəsinin əməkdaşları mütəmadi olaraq qızın vəziyyəti ilə maraqlanırlar:

"O, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müəssisəsindədir. Psixoloji durumu yaxşıdır, tibbi heyət onun səhhətini daimi nəzarətdə saxlayır. Artıq qız fərdi terapiyadan qrup terapiyasına keçib. Müəssisədə uşağın reabilitasiyası ixtisaslı mütəxəssislər tərəfindən müvafiq sosial-psixoloji reabilitasiya proqramı əsasında həyata keçirilir. Burada onun sosial, psixoloji və digər tələbatları qarşılanır. Uşağın sosial reabilitasiyası müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilir. Eyni zamanda qardaşı da onunla birlikdə həftədə 3 dəfə məktəb proqramlarına, kurslara cəlb olunub".

Xatırladaq ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı görə sonuncuya cinayət işi açılıb və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.
 

11 yaşlı qızın övladı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə 31-ci həftəsində dünyaya gəlmişdi. Körpə xəstəxanada ölüb.


Qız, anası və qardaşı Sosial Xidmətlər Agentliyinin müəssisə və sığınacağına yerləşdiriliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO