Vüqar Səfərli ilə birgə təqsirləndirilən şəxslər dindirildi – YENİ DETALLAR

Hazırda oxunan: Vüqar Səfərli ilə birgə təqsirləndirilən şəxslər dindirildi – YENİ DETALLAR

46587

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə məhkəmə iclası davam etdirilib.

Bizim.Media xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ş.İbrahimov dindirilib.

Bildirib ki, inzibatçı kimi çalışdığı “Altun” restoranında KİVDF-nin iki tədbirini təşkil edilib:

"Restoranda 350-400 nəfərlik tədbirin keçirilməsi bizə tapşırıldı. Stolun biri 60 manatdan hesablanırdı. Dövlət tədbiri olduğu üçün Vüqar Səfərlinin nəzarətində olurdu. Mərasimdən sonra 15-20 nəfərlik yığıncaq olurdu. Tədbirin görünməyən tərəfində 80-100 nəfərlik stol açılırdı. Müğənnilərin və aparıcının gətirilməsi məsələsini isə onlara həvalə edirdik. Onlar tərəfindən hesabımıza daxil olan pulu götürmək səlahiyyətim yox idi".

Daha sonra digər təqsirləndirilən B.Fətullayev deyib ki, 2019-cu ildə “Xəmsə” restoranında icradar işləyib:

"Tədbirlərlə bağlı tender elan edilməsini eşitdik. Elektron qaydada tərtib olundu və iştirak etmək üçün müraciət etdik. Tenderdə iştirak üçün pul ödəmişəm. Bizim mühasibatlıqda müqavilə imzalandı. Müqavilədə göstərilən bütün qaydaları lazımi qaydada yerinə yetirmişik. Mənə qarşı irəli sürülən ittihamda göstərilir ki, Təhminə Yaqubova və Vüqar Səfərlidən guya tədbirdən sonra nağd şəkildə ödəniş almışam. Bu ittihamı qəbul etmirəm. Orada qonaqlar var idi ki, menyuda olmayan yemək və içkilər sifariş edirdi, təbii ki, bunun da hesaba təsiri var idi. Mərasimdən öncə və ya sonra mənim Vüqar müəllimlə heç bir ünsiyyətim və sövdələşməm olmayıb".

Proses noyabrın 23-də davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO