Sumqayıtda baş verən partlayışın səbəbi AÇIQLANDI

Sumqayıtda baş verən partlayışın səbəbi AÇIQLANDI

Hazırda oxunan: Sumqayıtda baş verən partlayışın səbəbi AÇIQLANDI

0:00
0:00
45393

Sumqayıtda ötən gün zavodda baş verən partlayışla bağlı rəsmi məlumat yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Sumqayıt Texnologiya Parkından (STP) məlumat verilib.

Bildirilib ki, noyabrın 9-u gecə saatlarında Şirkətlər Qrupunun törəmə şirkəti olan STP-AH MMC-də partlayış hadisəsi baş verib.

Hadisə baş verən zaman ərazidə üç metaləritmə işçisi olub. Yoxlanış üçün tibb məntəqəsinə yönləndirilən əməkdaşların sağlamlığına ziyan dəymədiyi, səhhətlərinin yerində olduğu müəyyən olunub. Əmək qabiliyyəti yerində olan hər üç əməkdaş iş fəaliyyətini fasiləsiz davam etdirəcəklər.

İlkin araşdırmalar göstərir ki, hadisə zamanı texnoloji proses təlimata uyğun aparılıb, həmçinin avadanlıqlar saz vəziyyətdə olub. 

Hadisəyə ərimə prosesində metal tullantıların arasında, və ya içərisində olan yad cisimlərin səbəb olduğu ehtimal olunur. Belə ki, ərimə prosesi zamanı müxtəlif bərk və ya maye halında olan kimyəvi maddələrin bir-biri ilə reaksiyaya girməsinin nəticəsində yaranan təzyiqli qaz partlayışa səbəb olub.

Qeyd edək ki, partlayış yanğına və avadanlığın sıradan çıxmasına səbəb olmasa da güclü səsə və hava dalğasına səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO