Polis Lənkəranda əməliyyat keçirdi - Saxlanılanlar var - FOTO

Polis Lənkəranda əməliyyat keçirdi - Saxlanılanlar var - FOTO

Hazırda oxunan: Polis Lənkəranda əməliyyat keçirdi - Saxlanılanlar var - FOTO

43758

Lənkəran rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb. Bir kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində rayon sakini Kərim Rizayev narkotik vasitə heroini satarkən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin və elektron tərəzi aşkarlanaraq götürülüb. Davam etdirilən tədbirlərlə K.Rizayevin həmin narkotik vasitəni Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Mirzəyevdən əldə etdiyi müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.

Keçirilən baxış zamanı F.Mirzəyevdən 1 kiloqram 330 qram heroin, 47 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO