Baş Prokuror Avropa Şurası nümayəndə heyəti ilə görüşdü - FOTO

Baş Prokuror Avropa Şurası nümayəndə heyəti ilə görüşdü - FOTO

Hazırda oxunan: Baş Prokuror Avropa Şurası nümayəndə heyəti ilə görüşdü - FOTO

43539

Bu gün Baş prokuror Kamran Əliyev Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, Baş prokuror Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, müxtəlif sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Avropa Şurasının qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü


Xristos Cakumopulos Avropa Şurasının İnsan hüquqları və Qanunun Aliliyi üzrə Direktoratlığının rəhbəri qismində Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatların Avropa Şurası tərəfindən təqdir edildiyini və dəstəkləndiyini bildirib.

Görüş zamanı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının ölkəmizdə icra vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə səmərəli fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin, Avropa Şurasının Bakı Ofisinin rəhbəri – səfir Zoltan Hernyeş də iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO