Disney cizgi filmlərinin bilmədiyimiz SİRLƏRİ - FAKTLAR

Hazırda oxunan: Disney cizgi filmlərinin bilmədiyimiz SİRLƏRİ - FAKTLAR

43527

Hər bir populyar cizgi filminin öz sirləri var. Ələlxüsus da Disney cizgi filmlərində belə məqamlar var.

Bizim.Media xəbər verir ki, əksər tamaşaçıların isə bu gizlinlərdən xəbəri yoxdur.

Kral Şir

Bu cizgi filmi yaranmazdan daha əvvəl, 1960-cı illərdə yapon cizgi serialı yayımlanıb. Adı isə “Bəyaz Şir Kimba” olub. Ekspertlərin fikrincə, Disneyin ekran əsərindəki ad və səhnələrin çoxu daha əvvəl yapon istehsalı olan cizgi serialında ekranlaşdırılıb. 

Nemonun axtarışında

Ssenaristlər elmi gerçəkliyə istinad etsəydilər, Nemonun atası öləndən sonra onun atası dişiyə çevrilməli idi. Kloun balıqlarında proses bu cürdür. Əvvəlcə bu balıq növünün hamısı erkək kimi doğulur. Amma yaşa dolduqca bəziləri cinsini dəyişir. Erkək və dişi saylarının taraz olması üçün dişi balıqlar öləndə erkəklər dişiyə dönür. Daha dəqiq desək tələf olan bir dişini erkək əvəzləyir.

Yatmış gözəl

Şahzadə Avorra öz cizgi filminin qəhrəmanı deyil. Çünki ssenaridə cəmi 18 sətir ona məxsusdur. Bu isə ekran vaxtının 18 dəqiqəsidir. Zamanın çox hissəsi isə Avorranın 3 pərisi xalalarına aiddir.

Robin Qud

Qənaət üçün studiyalar köhnə animasiyalardan yeniləri üçün istifadə edə bilirlər. “Robin Qud” cizgi filmində çəkiliş qrupu 5 milyon dollar pula qənaət edə bilib. Cizgi filminin ərsəyə gəlməsi üçün “Ağbəniz və 7 cırtdan”, “Küllücə”, “Cəngəllik kitabı – Mauqli”, “Aristokrat pişiklər” və “Alisa möcüzələr diyarında”nın görüntülərindən istifadə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO