Füzuli Hava Limanında hansı reyslər həyata keçiriləcək? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Füzuli Hava Limanında hansı reyslər həyata keçiriləcək? – Rəsmi AÇIQLAMA

43500

Dünən Füzuli Beynəlxalq Hava Limanının yüksək səviyyədə açılışı həyata keçirildi. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə baş tutan tədbir ölkəmizlə bərabər beynəlxalq almdə də söhbət mövzusuna çevrildi. 

Artıq rəsmən Füzuli hava limanı beynəlxalq uçuşlara açıqdır və ən iri təyarələri belə öz meydanında qəbul etməyə hazırdır. 

Oxucularımızı maraqlandıran ilk sual isə Füzulidə hansı uçuşların həyata keçiriləcəyi və ilk dövürlər üçün fəaliyyət planı haqqında oldu. 

Bizim.Media bu sualları Azərbaycan Hava Yolları şirkətinə ünvanladı.

AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski açıqlamasında isə bildirdi ki, hazırda işlər yeni başlayıb, xüsusi siyahı hazırlanmayıb, mövcud vəziyyəti nəzərə alaraq gələcək fəaliyyət planı qurulur:

“Bu istiqamətdə konkret, mütəmadi reyslər həyata keçiriləndə AZAL bununla bağlı ictimaiyyətə geniş açıqlama verəcək. Hələki, bu barədə geniş məlumat yoxdur”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO