Qazax sakinlərində silah aşkarlandı - FOTO 

Hazırda oxunan: Qazax sakinlərində silah aşkarlandı - FOTO 

43470

Qazax rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini, Şükür Məmmədovun qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə olan marixuana əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, məlumat ilə əlaqədar polis əməkdaşları təxrəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib və Ş. Məmmədov şətri alıcıya narkotik vasitə satarkən saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 8 ədəd kibrit qutusunda olan marixuana aşkar edilərək götürülüb. 

Keçirilən növbəti əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Ələddin Əfəndiyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs odlu silahı rayon ərazisində gizlətdiyini etiraf edib. Polis əməkdaşları əraziyə baxış zamanı oradan, 1 ədəd makarov tipli tapança, həmin tapançaya aid 3 ədəd sandıqca və 21 ədəd patron aşkar edərək götürüb. 

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO