I qrupda informatika fənni ilə bağlı YENİLİK - Seçimi abituriyent edəcək 

Hazırda oxunan: I qrupda informatika fənni ilə bağlı YENİLİK - Seçimi abituriyent edəcək 

43467

“II qrup üzrə əvvəlki qəbul imtahanında 13 642 yer təklif edilmişdisə, cəmi 16 min şəxs ərizə vermişdi. 8000 nəfər isə 150 baldan yuxarı nəticə göstərərək müsabiqəyə buraxılmışdı. Biz bilirdik ki, II qrupda kifayət qədər boş yer qala bilər”. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə deyib. 

M.Abbaszadə deyib ki, III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirilir:  

“Yəni “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib. Bu da abituriyentlər üçün əlavə imkan deməkdir. Universitetlərin tələbləri də nəzərə alınaraq, elə şxəslər oxumalıdır ki, coğrafiyadan orta məktəb səviyyəsində biliklərə malik olsunlar. Müzakirələr aparılır, 2022-2023-cü ildə I qrupda informatika üzrə ixtisasını seçən abituriyentlər həmin qrupda kimyadan yox informatika fənnindən imtahan versinlər. Gələn həftə bu barədə elan olunacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO