Qubada fəhlənin ölümünə görə şirkət direktoruna hansı cəza verildi? - DETALLAR

Hazırda oxunan: Qubada fəhlənin ölümünə görə şirkət direktoruna hansı cəza verildi? - DETALLAR

43454

Quba rayonunda fəhlənin ölümünə görə şirkət direktorunun barəsində iltizam qətimkan tədbiri seçilib.

Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, bu il avqustun 12-də Quba rayon sakini 1967-ci il təvəllüdlü Elman Abbasovun iş yerində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla müəyyən olunub ki, “NB Construction” MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunan Elman Abbasov Quba şəhərində tikilməkdə olan “xeyir-şər evi”nin inşası zamanı yükqaldırıcının mexanizminin pozulması nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

“NB Construction” MMC-nin direktoru Namidar Bəhlulov Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Həmçinin Namidar Bəhlulov tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi faktına görə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə və Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba Regional Ərazi şöbəsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO