Bakıda qazilər yolu niyə bağladı? - SƏBƏB 

Hazırda oxunan: Bakıda qazilər yolu niyə bağladı? - SƏBƏB 

43346

Bakıda bu gün bir qrup qazi Ziya Bünyadov prospektində yolu bağlayıb. Həmin şəxslər onlara məxsus torpaq sahəsindən çıxarılacaqları ilə bağlı “Azərenerji” tərəfindən təzyiqlərə məruz qaldığını iddia ediblər. 

“Azərenerji” ASC-dən Bizim.Media-ya bildirilib ki, qeyd edilən ərazi Bakı Elektrik Şəbəkəsinin balansında olan 110 kV-luq Yüksək Gərginlikli hava xəttinin mühafizə zonasıdır:  

“Nazirlər Kabinetinin 103 saylı, 10.06.2005-ci il tarixli qərarına əsasən Yüksək Gərginlikli hava xəttinin mühafizə zonalarının vətəndaşlar tərəfindən zəbt edilməsi qanunaziddir və belə pozuntular cinayət məsuliyyətidir. Qeyd edilən ərazidə müxtəlif vaxtlarda bir sıra səbəblərdən dəfələrlə yanğınlar olub, xətlərdə açılmalar baş verib, minlərlə abonent işıqsız qalıb. Ərazi ötən illərdə bir sıra aidiyyəti qurumların laqeydliyi nəticəsində heç bir hüquqverici sənəd olmadan, qanunsuz olaraq müəyyən şəxslər tərəfindən zəbt edilib. Bu səbəbdən xətlərdə baş vermiş qəzaların aradan qaldırılmasında ciddi çətinliklər yaranıb”. 

ASC-nin açıqlamasında qeyd edilir ki, bu il sentyabr ayının əvvəllərində xətlərə texniki xidmətlərin göstərilməsi üçün ərazi qanunsuz ticarət obyektlərindən boşaldılıb:

“Lakin bir neçə gün əvvəl özlərini Qarabağ qazisi kimi təqdim edən, əvvəllər tanımadığımız bir neçə şəxs qapalı ərazinin darvazasını sındırıb, əraziyə daxil olaraq boş ərazidə qanunsuz tikinti işlərinə başlayıblar. Qazilərimiz bütün Azərbaycan xalqının dəyərli övladlarıdır.

“Azərenerji” ASC-də işləyən və torpaqlarımızın işğaldan azad olunmasında xidməti olan bütün Qarabağ müharibəsi iştirakçıları, qazi və şəhid ailələri heç vaxt diqqətdən kənarda qalmayıb. 

“Biz bu igid övladlarımızın da istəklərinə hömətlə yanaşırıq. Lakin vətən uğrunda sağlamlıqlarını itirmiş bu gəncləri yenidən bilərəkdən öldürücü elektrik xətlərinin altında təhlükə qarşısında qoymağımızın heç bir izahatı ola bilməz”, - deyə açıqlamada qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO