Azərbaycanda dönərxanalarla bağlı tədbirlər başladı - FOTO 

Hazırda oxunan: Azərbaycanda dönərxanalarla bağlı tədbirlər başladı - FOTO 

43332

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşəbbüsü ilə ilkin olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə 20 dönər biznesi ilə məşğul olan müəssisənin sağlamlaşdırılması nəzərdə tutulur. 

Bizim.Media xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib. 

“Nümunəvi Dönər Biznesi” layihəsi çərçivəsində mütəxəssislər tərəfindən hər cür metodiki köməkliyin göstərilməsi, qida təhlükəsizliyi üzrə işçi heyətin təlimatlandırılması, həmçinin keyfiyyətə nəzarət məqsədilə dövri qiymətləndirilməsi kimi tədbirlər Qida Təhlükəsizliyi Agentliyi və Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçirilir. 

Layihə çərçivəsində bu gün Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən fiziki şəxs Fərzəliyev Anar Kamil oğluna və fiziki şəxs Məmmədov Üzeyir Böyükağa oğluna məxsus müəssisələrə müasir avadanlıqlar təqdim olunub.

Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması layihəsinin həyata keçirilməsi nəticəsində dövlət-özəl sektor əməkdaşlığının daha da inkişaf etdirilməsi, davamlı rəqabət mühitinin formalaşdırılması, əhaliyə sağlam ictimai iaşə xidmətlərinin göstərilməsi, müvafiq sahədə qida zəncirinə nəzarət sisteminin daha da təkmilləşdirilməsi nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO