Qış dekabrda başlayır, yoxsa iyunda? – Ən soyuq fəsil haqqında maraqlı FAKTLAR

Hazırda oxunan: Qış dekabrda başlayır, yoxsa iyunda? – Ən soyuq fəsil haqqında maraqlı FAKTLAR

43327

Qar dənələri bəşəriyyətin görünən hissəsindəki atomların sayından çoxdur.

Bizim.Media xəbər verir ki, hər bir qar dənəsinə digərindən fəqrqlənir. Yəni, eyni quruluşa malik deyil.

1951-ci ildə qar və buzu öyrənən beynəlxalq komissiya yaradılıb.

Qış fəsli şimal qütbündə dekabrın 22-dən martın 21-cən, cənub qütbündə isə iyunun 22-dən sentyabrın 21-ə qədər davam edir.

1944-cü ilin 30 aprelində, II Dünya savaşı Moskvaya insan əlinin ovucu böyüklükdə qar yağıb. 

Yaponiyada qar dənələri muzeyi mövcuddur.

Antraktidada çəhrayı və qırmızı qar da yağır.

Qışda ən soyuq hava Antraktidada qeydə alınıb: Mənfi 91,2 dərəcə 

Qışda qar örtüyü günəşin 90 faiz şüalarını əks etdirir deyə Yer kürəsi isinmir. 

Yanvarın 19-u ümumdünya qar günüdür.

Qar dənələrinin 7 növü var: Ulduz kristalları, iynə və s. qar dənələri formalarına görə adlanıb.

Ən böyük qar dənəsi (38 santimetr diametrində) 1887-ci ildə ABŞ-ın Montana ştatının Fort-Keo şəhərinə düşüb.

Qar uçqununun sürəti 80-110 km.saat sürətdə olur. İrimiqyaslı uçqunlar isə 360 km.saat sürəti də keçə bilir.

Qar dənələrinin 95 faizini hava təşkil edir.

İsti su soyuq sudan daha tez buza dönür.

Psixologiyada kionofobiya deyilən termin var ki, bu, soyuqdan qorxmaqdır. 

Yollardakı tıxac və başqa problemlərə rəğmən Bakı sakinləri də qarın yağmasını çox sevirlər.

Lakin qar Bakıya tez-tez düşmür. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO