Bakı əhalisi üçün yeni nəqliyyat növü GƏLİR? – BNA-dan AÇIQLAMA

Hazırda oxunan: Bakı əhalisi üçün yeni nəqliyyat növü GƏLİR? – BNA-dan AÇIQLAMA

43322

Bakıda ictimai skuterlərin istifadəyə veriləcəyi məsələsi gündəmə gəlib. Sosial şəbəkələrdə aktuallaşan məlumatda skuterlər üçün konkret dayanacaqların müəyyənləşəcəyi, vətəndaşların skuter icarəyə götürüb bəlli ünvana gedə biləcəkləri bildirilir. 

Maraqlıdır, ictimai skuterlərin fəaliyyətinə Bakı yolları imkan verirmi? 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev hələki belə bir nəqliyyat növünün tətbiqinin mümkünsüzlüyünü qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

İctimai nəqliyyatda gediş haqqı bahalaşacaq? – BNA-DAN AÇIQLAMA 


“Şəhərin mobillik imkanlarının yaxşılaşdırılması, insanları şəxsi minik avtomobilindən çəkindirən vasitələrin nəqliyyat növü kimi formalaşdırılması öz-özlüyündə təqdirəlayiq haldır. Amma gəlin görək şəhərimiz buna hazırdırmı? İndiki halda bu sualın cavabı “yox” olacaq. Yəni indiki halda şəhərimizdə elektrik skuter sisteminin yaradılması bir qədər tələsik addım sayılır. Birincisi, haqqında danışdığımız bu tip hərəkət vasitələrinin kütləvi istifadəsi və nəqliyyat funksiyasını yerinə yetirməsi üçün şəhərimizin imkanları məhduddur. Məsələ, ilk növbədə, qanunvericilik baxımından həllini tapmalıdır.
 

Çünki mövcud qanunvericilikdə skuterlərin hərəkətinin tənzimlənməsi ilə bağlı hər hansı bir norma və standart yoxdur. Daha dəqiq ifadə etsək, skuterlə hərəkət edən adam qanunverilicik nöqteyi-nəzərindən piyada sayılır”.


Qurum rəsmisi sözügedən məsələdə digər nəzərə alınmalı olan məqamın infrastruktur olduğunu vurğulayıb:

“Skuterlərin geniş yayıldığı və bir nəqliyyat növü kimi, populyar olduğu şəhərlərin təcrübəsinə baxdıqda daha çox velosiped yollarından istifadə edildiyini görə bilərik. Bizdə isə hazırda velosiped infrastrukturu qurulma ərəfəsindədir. Yəni indiki halda skuterlər səkilərdən və ya yolun hərəkət hissəsindən istifadə etməli olacaq ki, bu da təhlükəlidir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO