Laçında qəbirüstü at fiqurları tapıldı - FOTO

Hazırda oxunan: Laçında qəbirüstü at fiqurları tapıldı - FOTO

43317

Laçın rayonunun Ərdəşəvi kəndi yaxınlığında “El qəbirstanlığı” deyilən ərazidə qəbirüstü at fiqurları aşkar olunub.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən açıqlama verilib.

Bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən monitorinqlər həyata keçirilir. At fiqurları da aparılan monitorinqlər zamanı aşkar edilib: 

“Tapılan at fiqurlarının qeydiyyata götürülməsi və qorunması istiqamətində tədbirlər görülüb. Monitorinqlər zamanı qəbirüstü at fiqurları da əməkdaşlarımız tərəfindən Laçın rayonunun Ərdəşəvi kəndi yaxınlığında “El qəbirstanlığı” deyilən ərazidə aşkar olunub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO