Füzuli beynəlxalq hava limanı haqqında yeni MƏLUMATLAR

Hazırda oxunan: Füzuli beynəlxalq hava limanı haqqında yeni MƏLUMATLAR

43306

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan və Türkiyə liderləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli beynəlxalq hava limanının açılışı mərasimi baş tutub.

Bizim.Media aeroportla bağlı bəzi məlumatları sizə xatırladır:

▪️Oktyabrın 26-da açılışı olan hava limanının tikintisi 8 ay çəkib.

▪️Aeroport Azərbaycan Respublikasının Baş nazirinin qərarı ilə beynəlxalq status alıb və artıq beynəlxalq reyslər üçün açıqdır.

▪️Hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) üç hərfli (FZL) kod verilib.

▪️Hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən təsdiq edilib.

▪️Sentyabrın 5-də Füzuliyə ilk sınaq uçuşu həyata keçirilib, AZAL-ın ən böyük sərnişin təyyarəsi - Airbus A340-500 buraya eniş edib.

▪️Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istifadəyə verilib.

▪️Perronun sahəsi 60 min kvadratmetrdir, 8 avia gəminin dayanması üçün nəzərdə tutulub.

▪️Avtomatlaşdırılmış sistemlərlə təchiz edilən və hava hərəkətini idarə edən qüllənin tikintisi başa çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO