Azərbaycanda həbsdən azad olunanlara müavinət təyin olunur - MƏBLƏĞ 

Hazırda oxunan: Azərbaycanda həbsdən azad olunanlara müavinət təyin olunur - MƏBLƏĞ 

43295

Cəzaçəkmə müəssisəsindən azad olunan şəxsə sosial adaptasiyaya ehtiyacı olub-olmadığı nəzərə alınaraq minimum əmək haqqının 4 misli məbləğində birdəfəlik müavinət təyin olunur. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov "Sosial saat" verilişində qonaq olarkən deyib.

Onun sözlərinə görə, müavinət həmin şəxsin müraciəti əsasında müvafiq qurumların əməkdaşlarının qiymətləndirmələri ilə müəyyənləşdirilir: 

"Minimum əmək haqqı 250 manat olduğundan, şəxsə birdəfəlik 1000 manat məbləğində ödəniş edilir". 

Qeyd edək ki, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımlarının göstərilməsini də təmin edirlər. Qanunvericiliyə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO