Bakı metrosunda koronavirus xəstəsi tutuldu - FOTO

Hazırda oxunan: Bakı metrosunda koronavirus xəstəsi tutuldu - FOTO

43040

Bakıda daha bir aktiv koronavirus xəstəsi ictimaiyyət arasında saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O, bununla bağlı “Facebook” profilində məlumat verib:

“Bir az əvvəl metronun “Avtovağzal” stansiyasında aktiv koronavirus xəstəsi, 1982-ci il təvəllüdlü Eldam Hüseynov saxlanılıb. Deyir, hava almağa çıxmışdım.

Bu əməlin adı cinayətkarcasına özünəgüvənmədir, etinasızlıqdır.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam etdirilir”.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO