Oğuzda qəza: avtomobilin mühərriki yerindən çıxdı

Hazırda oxunan: Oğuzda qəza: avtomobilin mühərriki yerindən çıxdı

43031

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Volkswagen” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Zərbənin təsirindən avtomobilin mühərriki yerindən çıxaraq bir neçə metr kənara düşüb.

Qəza zamanı sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO