Oğurluq edənlər saxlanıldı - FOTO

Hazırda oxunan: Oğurluq edənlər saxlanıldı - FOTO

42983

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törədən Naftalan şəhər sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Naftalan şəhər sakini əvvəllər məhkum olunmuş, Namiq Cavadov və həmyerlisi Sərxan Azər oğlu oktyabr ayının müxtəlif vaxtlarında, qabaqcadan əlbir olaraq, rayonun Qızılhacılı qəsəbəsində 2 mağazaya qeyri-qanuni yolla daxil olaraq hər bir mağazadan ümumi dəyəri 3 484 və 3 238 manat olan tütün məmulatları və danışıq kartları oğurlayıblar.
 

Bundan başqa, saxlanılan şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onların rayon ərazisində 3 poçt məntəqəsi və 1 icra nümayəndəliyinin inzibati binasına qeyri-qanuni yolla daxil olaraq oradan müxtəlif kompüter qurğuları və 100 manat nağd pul oğurlaması məlum olub.


Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisələrini etiraf edərək oğurladıqları əşyaları müxtəlif yerlərdə satdıqlarını bildiriblər.

Faktla bağlı araşdırma davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO