Şəhid Surxay Mehdiyevin xatirəsi Qubada anıldı - FOTO

Hazırda oxunan: Şəhid Surxay Mehdiyevin xatirəsi Qubada anıldı - FOTO

42981

Bu gün Qubanın  Vətən Müharibəsi şəhidi, DİN-in baş çavuşu  Surxay Zülfi oğlu Mehdiyevin şəhidliyə yüksəldiyi gündür.

Bu münasibətlə Quba rayon rəsmiləri, DİN-in  Mütəşəkkil Cinayətkarlığa və Banditizmə Qarşı Mübarizə İdarəsinin rəisi, general Əbülfət Rzayev və ailə üzvləri  şəhid Surxayın Quba Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüblər. 

Bizim.Media xəbər verir ki, məzarına DİN  adından əklil  qoyulub, ruhuna dualar oxunub. Quba İH başçısı Ziyəddin Əliyev şəhidin ailə üzvlərilə söhbətində baş çavuş Surxay Mehdiyevin ruhunun bu gün ikiqat şad olduğunu xüsusi vurğulayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Qubada şəhidlərin xatirəsi ANILDI - FOTO


"Surxay Mehdiyev Ağdamın Xıdırlı kəndində doğulub. Məcburi köçkün kimi 1993-cü ildən  Qubada məskunlaşmışdılar. Qubaya köçəndə Surxayın  8 yaşı vardı. İndi ruhu həm şaddır ki, doğulduğu Ağdam rayonu da azaddır.

Surxay Mehdiyevin ailəsi artıq məcburi köçkün deyil. Ruhu həm də ona görə şaddır ki,uğrunda vuruşduğu Qarabağ torpağı da işğaldan tam azad edilib".
 

DİN-in idarə rəisi, general Əbülfət Rzayev 10 il Daxili Qoşunlarda nümunəvi xidmət etmiş Surxay Mehdiyevin ailə üzvlərinə öz təşəkkürünü bildirib və DİN-in şəhid ailələrinə diqqət və qayğısını əsirgəməyəcəyini bildirib.


Füzuli uğrunda şəhid olan Surxay Mehdiyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Onun bir oğlu və bir qızı yadigar qalıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO