DİN-dən “Sədərək” və “Binə” ticarət mərkəzləri ilə bağlı əhaliyə MÜRACİƏT

Hazırda oxunan: DİN-dən “Sədərək” və “Binə” ticarət mərkəzləri ilə bağlı əhaliyə MÜRACİƏT

42973

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Artıq iki ilə yaxındır pandemiya şəraitində yaşamağımıza baxmayaraq, bəzi şəxslər hələ də ən sadə təhlükəsizlik və gigiyena tələblərini yerinə yetirmir.

Avtobuslarda, müxtəlif qapalı məkanlarda maskasız gəzən və yoluxma riskini daha da artıran xeyli sayda insan var. Belə yerlərdən biri də ölkənin ən böyük ticarət mərkəzləri sayılan "Sədərək"  və "Binə" ticarət mərkəzləridir.

Əksər hallarda bu ərazilərdə nə satıcıların, nə alıcıların maska taxmadığını, sosial məsafə qaydalarını gözləmdiyinin şahidi oluruq.
 

MÖVZU İLƏ BAĞLI:

DİN ictimai nəqliyyata nəzarəti mülki polislərlə GÜCLƏNDİRDİ - FOTO


Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı redaktor.az-ın suallarını cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hər iki ticarət mərkəzində aidiyyatı dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfindən monitorinq tədbirləri həyata keçirilir: 

"Təkcə "Binə"və "Sədərək" ticarət mərkəzləri deyil, ümumən bütün sahibkarlıq subyektləri və qapalı məkanlar diqqət mərkəzindədir. Bu istiqamətdə vaxtaşırı müvafiq tədbirlərin keçirilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO