Bakıda 37 yaşlı kişi qayınatasının evində bıçaqlandı

Hazırda oxunan: Bakıda 37 yaşlı kişi qayınatasının evində bıçaqlandı

42959

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media  xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

1984-cü il təvəllüdlü Ramin Məmmədov qayınatasının evində döyülüb, daha sonra bıçaq xəsarətləri alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun üz və sol qol nahiyələrində kəsilmiş bıçaq xəsarətləri aşkarlanıb. Yaralı ilkin ifadəsində bildirib ki, ona xəsarət yetirənlər qaynı və qaynının dayısı olub.

Hadisənin təfərrüatı araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO