Zalda vəfat edən idmançının ölüm anında yanında kim olub? - ÖZƏL

Hazırda oxunan: Zalda vəfat edən idmançının ölüm anında yanında kim olub? - ÖZƏL

42882

Dünən idman zalında vəfat edən məşqçi Teymur Məmmədrzayev ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bu barədə Bizim.Media-ya açıqlamasında məşqçinin adını açıqlamaq istəməyən dostu bildirib. Söhbət əsnasında o, qeyd edib ki, Teymur idmanla nəfəs alırdı.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda idmançı zalda ölü tapıldı - FOTO


“Dünən idman zalında istirahət günü olub. Ancaq səhər tezdən zala gəlib məşq edib. Daha sonra yorğun olduğunu bildirərək zaldakı xidmət personalına bir az mürgüləmək istədiyini deyib. Sonra yuxuda keçinib. Mən xəbəri eşidən kimi zala gəldim, artıq meyiti müayinə üçün Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə aparmışdılar. Ordan isə Yasamalda yerləşən evlərinə aparıblar. Axşama doğru isə dəfn edilib. Həkimlərin qoyduğu ekspertiza rəyinə görə Teymur kəskin ürək-qan damar çatışmazlığından vəfat edib. Meyit aşkar olunduqda bədəni göyərmiş və əzələləri qıcolma vəziyyətində olub”.

A.Qədirov bildirib ki, dostu son zamanlar ciddi rejimlə yarışa hazırlaşırdı.

“Teymur idman yarışına hazırlaşırdı. Gündəlik qida, idman rejiminə xüsusi diqqət edirdi. Özünü çox yordu. Son zamanlar yuxu rejimi pozulmuşdu, çox az yatırdı. Mən hər zaman ona deyirdim, özünü bu qədər yorma. İdmana, yarışa çox böyük həvəsi vardı, özünü qorumadı”.

İdmançının dostu bildirib ki, yarışa az qaldığından Teymur əzələlərini formaya salmaq üçün artıq maye qəbulunu da minimuma endirmişdi.

“Maye qəbulunu azaltmışdı. Bir həkim kimi deyə bilərəm ki, bu vəziyyət  orqanizmdə qanı qatılaşdırıb, laxtalanmanı yüksəldir.  O, zülal tərkibli yeməklərlə qidalanırdı. Son zamanlar çəki artımı sürətlə gedirdi”.

Sonda idmançının dostu bildirib ki, Teymur çox həyat sevər və idmana böyük həvəsli idi.

“Hər dəfə ona deyəndə ki, niyə evlənmirsən? Deyirdi ki, mənim ailəm də, uşaqlarım da bu dəmir parçalarıdır. Teymurun ölümü bizə çox pis təsir etdi, hələ də onun ölümünə inana bilmirik. O, çox gözəl insan idi. Heyif Teymurdan”.


Qeyd edək ki, fitnes məşqçi Teymur Məmmədrzayev dünən saat 13.00 radələrində idman zalında ölü aşkar edilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO