Xaçmazda 8-ci sinif şagirdinin ölüm səbəbi məlum oldu - AÇIQLAMA

Hazırda oxunan: Xaçmazda 8-ci sinif şagirdinin ölüm səbəbi məlum oldu - AÇIQLAMA

42676

Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunda 13 yaşlı məktəbli vəfat edib.

Hadisə ilə bağlı TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, ilkin məlumata görə, məktəbli bir həftə temperaturu olduğu üçün müalicə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Xudatda 8-ci sinif şagirdi dərs vaxtı öldü


Bir həftədən sonra dərsə gəlib və bu gün qəflətən halı pisləşib.

Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa aparılıb. Ölümün səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.

Qeyd edək ki, Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO