Quba şəhidlərini BELƏ YAD ETDİ - FOTOLAR

Hazırda oxunan: Quba şəhidlərini BELƏ YAD ETDİ - FOTOLAR

42672

Bu gün Qubanın Dağlıq Cimi kəndində Vətən müharibəsində şəhid olan Qubalılara həsr olunan Xatirə bulağının açılış olub. 

Bizim.Media xəbər verir ki, açılış mərasimində Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, millət vəkili Vahid Əhmədov, rayonun digər məsul şəxsləri və kənd əhalisi iştirak edib. 

Quba İH başçısı Ziyəddin Əliyev I Qarabağ  və Vətən Müharibəsində Qubanın ümumilikdə 280 igidinin Vətən yolunda qurban getdiyini deyib.

O, həmçinin onların  hər birinin döyüşdə tarix yazdığını qeyd edib.

Açılış mərasimində əslən Cimi kəndindən olan Vətən Müharibəsinin məşhur topçu əsgəri Vüsal Şahkərimov da iştirak edib.

Açılışda Quba şəhidlərilə birgə şəhid general Polad Həşimovun da xatirəsi anılıb.

Daha sonra Cimi kəndinə millət vəkili Vahid Əbmədovun köməkliyi ilə çəkilən su xəttinin açılışı olub.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO