Bu gün şəhid Aşur Cəmiyevin ANIM GÜNÜDÜR

Hazırda oxunan: Bu gün şəhid Aşur Cəmiyevin ANIM GÜNÜDÜR

42633

Bu gün Vətən Müharibəsi şəhidi, kapitan Aşur Bəybala oğlu Cəmiyevin anım günüdür. 

Bizim.Media xəbər verir ki, Vətən Müharibəsində Zəngilan döyüşlərində şəhid olan Aşur Cəmiyev Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Şəhidin anım günündə onu döyüşçü dostları, iş yoldaşları və ailə üzvləri onun xatirəsini yad ediblər.

Aşur Cəmiyev 10 il Azərbaycanın Sərhəd Qoşunlarında xidmət edib. Vətən Müharibəsi başlayanda digər sərhədçilər kimi, o da qorxub çəkinmədən döyüşlərə qatılıb.

Şahbuz rayonunun Külüs kəndində doğulan kapitan Cəmiyevin 3 övladı ondan yadigar qalıb.

Şəhid kapitan Cəmiyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ,"Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO