
- A-
- A
- A+
Botanika İnstitutuna qadın professor rəhbərlik edəcək - FOTO
AMEA-nın Botanika İnstitutunda keçirilən Elmi şuranın növbəti iclasında AMEA prezidentinin sərəncamı ilə institutun direktoru vəzifəsini icra edən təyin edilmiş, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva kollektivə təqdim olunub.
İnstitutdan Bizim.Media-ya verilən məlumata görə, tədbiri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq bildirib ki, 85 ildən artıq fəaliyyət göstərən Botanika İnstitutu Akademiyanın qabaqcıl müəssisələrindən biri olaraq elmi nailiyyətləri ilə hər zaman seçilib,botanika elminin inkişafında və elmi kadrların yetişdirilməsində böyük rol oynayıb.
O qeyd edib ki, ötən illər ərzində əsaslı inkişaf yolu keçən Botanika İnstitutunun fəaliyyəti bundan sonra da professor S.İbadullayevanın rəhbərliyi altında uğurla davam etdiriləcək.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































