Dünən ölkəmizdə və dünyada nə baş verib? – QISA XRONİKA

Hazırda oxunan: Dünən ölkəmizdə və dünyada nə baş verib? – QISA XRONİKA

41912

Bizim.Media dünən ölkəmizdə və dünyada baş verən hadisələrin qısa xronikasını sizə təqdim edir:

- Dünən səhər saatlarında Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Metro City” ticarət mərkəzində güclü yanğın başlayıb.

- İrandan Türkiyə və Azərbaycan Respublikasına xalça ixracatı tamamilə dayandırılıb.

- Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Suqovuşanla bağlı paylaşım edib.

- Füzuli Hava Limanına beynəlxalq status verilib.

- İranın baş qərargah rəisi Məhəmməd Bagiri Rusiyaya səfər edəcək.

- Milli Məclis 8 Noyabr - Zəfər Gününün birinci ildönümü ilə bağlı xüsusi iclas keçirəcək.

- Almaniya kansleri Angela Merkelin Türkiyəyə səfəri başlayıb.

- Özbəkistan Qarabağda məktəb tikəcək.

- Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin zirehli maşın karvanına hücum olub.

- Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

- Bu gün Tarif (qiymət) Şurasının növbəti iclasında təbii qazın tarifləri ilə bağlı müvafiq qərarlar qəbul edilib.

- Azərbaycanda əməkhaqları, pensiyalar və təqaüdlər artırılır.

- "Ermənistan" müxalifət fraksiyasının rəhbəri, Xocalı qatili Seyran Ohanyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyasının iclasında iştirak etmək üçün xaricə getməsinə icazə verilməyib.

- IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Niyyət Sazişi imzalanıb.

- Dünən Şuşa şəhəri ilə paytaxt Bakı arasında sabit telefon rabitəsinin istifadəyə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO