
- A-
- A
- A+
MEDİA "Diffamasiya haqqında" qanunla bağlı araşdırma aparır - FOTO
Medianın İnkişafı Agentliyi (MEDİA) "Diffamasiya haqqında" qanunun hazırlanması ilə bağlı araşdırmalar aparır.
Bizim.Media-nın məlumatına görə, bunu MEDİA-nın rəhbəri Əhməd İsmayılov Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Media və Hüquqi Maarifləndirmə” mövzusunda keçirilən tədbirdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Medianın İnkişafı Agentliyi daha bir ilkə imza atdı – DETALLAR - FOTO
O bildirib ki, jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı araşdırmalar davam etdirilir:
"Lazım gələrsə, bununla bağlı Baş Prokurorluqla birgə məsləhətləşmələr aparılacaq. Daha sonra diffamasiya barədə müzakirə aparılacaq".
Ə.İsmayılov qeyd edib ki, jurnalistlər də digərləri kimi cinayət törədirsə, məsuliyyətə cəlb olunmalıdır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































