Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı - SƏBƏB

Hazırda oxunan: Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı - SƏBƏB

41413

Siyəzən rayonu ərazisində yerləşən “Caspian Coast Winery and Vineyards” MMC-nin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə cinayət işi başlanıb.

Siyəzən Rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, rayon prokurorluğuna bu barədə müraciət daxil olub.

Aparılmış araşdırmalarla qeyd edilən şirkətin bölgələr üzrə satış nümayəndəsi vəzifəsində işləyən Vüqar Səmədzadənin işlədiyi müddət ərzində müəssisənin büdcəsindən ümumilikdə 14 min 89 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sabiq vəzifəli şəxsə elektron qolbaq taxıldı


Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin